Şeyx xəstə uşaqları ziyarət etdi
Bizi izləyin

Qırmızı.az

Şeyx xəstə uşaqları ziyarət etdi

Qafqaz Müəslmanları İdarəsi bu dəfə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları ziyarət edib.

Publika.az-a QMİ-dən verilən məlumata görə, qurumun sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla bütün kollektiv Respubilka Onokologiya Mərkəzinə gedərək, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara mənəvi dəstək olub, onlara lazımi tibbi ləvazimatlar, habelə sovqat aparıblar.

Qeyd edək ki, QMİ-i tərəfindən Uşaq Onkologiya Mərkəzinə onkoloji xəstəlikərin müayinə və müalicəsində istifadə olunan Almaniya istehsalı olan tibbi avadalıqlar–xeyli sayda impuzamat və partkateter aparatlar hədiyyə olunub. Uşaqlara isə hədiyə olaraq planşetlər, oyuncaqlar hədiyyə olunub.

Xatırladaq ki,Qafqaz Müsəlmanları İdarəsinin bu ziyarəti Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədardır. Ziyarət xeyriyyə xarakteri daşıyır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm