Olland: "Azərbaycan böyük təəssürat yaradıb"
Bizi izləyin

Qırmızı.az

Olland: "Azərbaycan böyük təəssürat yaradıb"

Fransua Olland: Azərbaycan iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradıb

Fransa Prezidenti Fransua Olland Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Fransa Prezidentinin təbrikində deyilir:

"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Həmçinin bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.

Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcəkdir.

Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaqdır.

Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.

Eyni zamanda Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm