TQDK daha üç fənn üzrə test bankı toplularının nəşr edib
Bizi izləyin

Qırmızı.az

TQDK daha üç fənn üzrə test bankı toplularının nəşr edib

TQDK daha üç fənn üzrə test bankı toplularının nəşr edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fənlər üzrə test bankı toplularının nəşrləri davam etdirir.

Publika.Az-ın TQDK-nın saytına istinadən verdiyi xəbərə görə, artıq Riyaziyyat, Biologiya və Fizika fənləri üzrə test topluları Azərbaycan və rus dillərində nəşr edilərək abituriyentlərin istifadəsinə verilib. Yaxın günlərdə isə Kimya fənni üzrə test toplusu hər iki dildə nəşr ediləcək.

Nəşr edilmiş test topluları abituriyentlərin və müəllimlərin marağına səbəb olub. Ölkədə test tərtibi ilə məşğul olmaq istəyən mütəxəssislərin TQDK-nın müvafiq şöbəsinə və regional bölmələrinə müraciətlərinin sayının xeyli artması bunu təsdiq edir.

Test toplularına 1994-2013-cü illərdə müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir.

Toplularda test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Toplulardakı test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilib.

Fənn müəllimləri və metodistlər təlim prosesində bank testlərindən biliyin qiymətləndirilməsi üçün istifadə etmək, abituriyentlər isə öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq imkanı qazanıblar.

Bu toplulardan həmçinin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.

Hər bir müəllim bank testləri vasitəsilə həm də öz peşə hazırlığını yoxlaya və artıra bilər.

Test toplusunda tapşırıqların düzgün cavabları da verilib. Bundan məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm