Şeyxdən jurnalistlərə hədiyyə
Bizi izləyin

Qırmızı.az

Şeyxdən jurnalistlərə hədiyyə

Şeyxülislam Allahşükür Paşazadə şəxsi kitabxanasında olan qiymətli kitabları QMİ kitabxanasına verəcək. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərlə görüşündə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.


"Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasında və mənim şəxsi kitabxanamda dəyəri milyonlarla olan qiymətli əlyazmalar, kitablar var”.


QMİ sədri Respublika günü ilə bağlı azərbaycan xalqını da təbrik edib. Jurnalistlərlə ilk dəfə belə görüş keçirdiyini deyən Allahşükür Paşazadə media nümayəndələrinə uğurlar arzulayıb.

Şeyxülislam jurnalistlərə 3 cildlik “Kəşf-ül-Həqayiq” kitabı və qələm hədiyyə edib. QMİ sədri Quranın ilk ayəsinin də qələmlə bağlı olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm