Şəhid kapitan dəfn edildi
Bizi izləyin

Qırmızı.az

Şəhid kapitan dəfn edildi

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməsi nəticəsində həlak olan kapitan Məmmədov Fikrət II Fəxri Xiyabanda torpağa tapşırıldı.


Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, eləcə də şəhidin xidmət etdiyi hərbi hissədən silahdaşları da iştirak edib.



Mərasimdə şəhidin tabutuna sarınan bayraq əsgərimizin valideynlərinə təhvil verilib.



Şəhidin 2 və 4 yaşlı 2 övladı qalıb. Daha sonra onun hərbi forması da şəhidin oğlu Rəsulun gələcəkdə istifadə etməsi üçün ailəsinə verildi. Atasının hərbi formasının balaca Rəsul üçün gələcəkdə qürur yeri olacağı qeyd edildi.



Fikrət Məmmədov torpağa tapşırılan zaman hərbçilər tərəfindən yaylım atəşi açıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm