Yeni yol nişanları quraşdırılır (FOTO)
Bizi izləyin

Qırmızı.az

Yeni yol nişanları quraşdırılır (FOTO)

Bakıda günəş batareyaları ilə çalışan yol nişanlarının quraşdırılmasına başlanılıb. Bu barədə Day.az saytına Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər. Artıq Abşeron yarımadasında 3 yerdə belə nişanlar gözə dəyir.


Nişanların biri Suraxanı rayonundakı 114 saylı orta məktəbin qarşısında, ikincisi Xırdalan qəbristanlığının yanında, digəri isə Novxanı qəsəbəsindədir.


Paytaxta 200 ədəd belə nişan gətirilib. Bu gündən etibarən şəhərin mərkəzi hissələrində də nişanların quraşdırılması işinə start veriləcək.


"Günəş" nişanları piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi piyada keçidlərində quraşdırılacaq. Bir komplekt işıq diodları və günəş mini-stansiyaları ilə təchiz edilib.

Gün ərzində toplanmış enerji sayəsində sutkanın qaranlıq vaxtında nişanlar işıq saçır. Bunun sayəsində də gecə vaxtı yol nişanları sürücülərin diqqətindən qaçmayacaq.


Bu cür nişanların quraşdırılması 2015-ci ilin sonuna qədər başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm