Azercell Gəncə və Goranboyda yeni kampaniyaya başlayır: “1 Yüklə - 3 Al” (R)
Bizi izləyin

Qırmızı.az

Azercell Gəncə və Goranboyda yeni kampaniyaya başlayır: “1 Yüklə - 3 Al” (R)

Azərbaycanın mobil rabitə bazarının lideri Azercell Telekom bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasını davam etdirir. Mütəmmadi olaraq regionlarda yaşayan abunəçilər üçün endirmli kampaniyalar həyata keçirən şirkət 26.05 - 15.12.2014 tarixləri müddətində Gəncə və Goranboyda xüsusi kampaniyaya start verir. Belə ki, göstərilən tarixlərdə yeni və nömrəsini Azercell şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri üçün Azercell “1 Yüklə - 3 Al” kampaniyası keçiriır. “1 Yuklə - 3 Al” kampaniyasına qoşulmuş abunəçilər yüklədikləri hər hansı danışıq kartı məbləğinin 2 mislini bonus şəklində Azercell-dən hədiyyə alırlar. Bonus məbləği şəbəkədaxili zənglər, ölkədaxili SMS və İnternet üçün 30 gün ərzində istifadə edilə bilər.

Qeyd edək ki, “Azercell Telekom” MMC müxtəlif müştəri qrupları üçün davamlı olaraq onların istəyinə uyğun aksiyalar həyata keçirməkdədir.

Məlumat üçün bildirək ki, bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar təklif olunub. Onların arasında ən populyarı isə 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqlar üçün pulsuz, bütün istiqamətlərdə isə 5 qəpik tarifi ilə danışmağa imkan verən “Bolge” tarifidir.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm