Qırmızı.az
Yaralı əsgər paytaxta gətirildi
Erməni kəşfiyyat-diversiya qrupunun basqını nəticəsində yaralanan əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu helikopterlə Bakıya gətirilib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yaralı əsgər
saat 11 radələrində paytaxta çatdırılıb. Xəstənin vəziyyətinin
ağırlaşıb-ağırlaşmaması haqda isə məlumat yoxdur.
Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə
erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində
müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə
növbəti dəfə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin
göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin
qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə
məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı
Qüvvələrimizin bölmələri itki verib.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü,
kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə
yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının
qarşısının alınması zamanı şəhid olub.
Döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik
göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu ölümündən sonra
"İgidliyə görə" medalı verilməsinə təqdim olunub.
Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci
il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub,
1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə
ağır yaralanıb. Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən
sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin
vəziyyəti ağırdır, həkimlərin nəzarəti altındadır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş
postunda şəxsi şücaət göstərdiynə görə gizir Abilov Xudaverdi
Fərhad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü
dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət sabitdir və Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi