Onkoloqlar tənha ahılları tibbi müayinə ediblər
Bizi izləyin

Qırmızı.az

Onkoloqlar tənha ahılları tibbi müayinə ediblər

Mayın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Müharibə və Əmək Əlilləri üçün Pansionatının (Qocalar evi) sakinlərini Milli Onkologiya Mərkəzinin həkimləri tibbi müayinədən keçiriblər.

Publika.az-ın məlumatına görə, pansionatda dövlət himayəsində yaşayan 156 nəfər tənha ahıl və əlil şəxs Milli Onkologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar diaqnostik kompleksində ətraflı müayinə ediliblər.

Məqsəd həmin insanların rentgen və ultrasəs, laboratoriya, ginekologiya, ultrasonoqrafiya, mamoqrafik müayinəsinin aparılması, həmçinin qadınlarda süd vəzi xəstəliklərinin, şişlərin əlamətlərinin və digər xəstəliklərin aşkarlanması, profilaktik yardımın təşkil edilməsi olub.

Tədbir çərçivəsində pansionat sakinlərinə tibbi məsləhət xidməti də göstərilib. Xəstəliklər aşkar olunan şəxslərin müvafiq müalicə prosedurlarına cəlb olunacağı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm