Temperatur enəcək
Bizi izləyin

Qırmızı.az

Temperatur enəcək

Temperatur enəcək

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimal olunur.

Şimal-şərq küləyi əsəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas

insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 25-də arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm