• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gəncədə Respublika Günü – FOTOLAR

Gəncədə Respublika Günü – FOTOLAR

Müasir gənclik bu gün intellektual səviyyəsi, dərin zəkası, zəngin təxəyyülü, xüsusi istedadı və qabiliyyəti ilə dünyanı heyrətə gətirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı, hərtərəfli dəstəyi onların qarşısında geniş imkanlar açır, uğur və nailiyyətlərini günbəgün artırır. Avropanın 2016-cı il üçün Gənclər Paytaxtı seçilmiş Gəncənin də gəncləri ulu öndər Heydər Əliyevin müdrik siyasi kursuna, dövlətçiliyimizə, xalqımıza sədaqət və dərin rəğbət nümayiş etdirir, yeni-yeni zəfərlərə imza atırlar. Onların ən fəal təbəqəsi YAP Gəncə şəhər Təşkilatında sıx birləşərək şəhərin ictimai-siyasi həyatında böyük coşqu və işgüzarlıq göstərirlər.

Şəhər Partiya Təşkilatı Gənclər Birliyinin üzvləri həmişə olduğu kimi, bu il də 28 May – Respublika Gününü yüksək təntənə ilə qeyd etdilər. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 96 illiyi munasibətilə keçirilən ümumşəhər toplantısında xüsusi dəst-xətləri ilə seçilərək öz sevgilərini, ehtiramlarını, vətənpərvərlik duyğularını bildirdilər.

Sinələrində ulu öndər Heydər Əliyevin portreti əks olunmuş xüsusi geyimli, dövlət bayrağının simvolik əksini üzlərinə və qollarına çəkən gənclər böyük qürur və iftixar hissi ilə əllərində Azərbaycanın üçrəngli Dövlət bayrağını əzəmətlə dalğalandıraraq, tədbirin ön cərgəsində yer tutmuşdular. Onların səsləndirdikləri “Yaşasın müstəqil Azərbaycan!”, “Eşq olsun, gənclərin lideri cənab İlham Əliyevə!” nidaları ətrafa yayılaraq, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR