Qırmızı.az
Abituriyentlərin nəzərinə!
Orta ixtisas təhsili müəssisələrinin (9 illik) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat bu gün saat 17:00-da başa çatır.
TQDK-dan Publika.az-a verilən məlumata görə,
göstərilən müddət ərzində qeydiyyatdan keçmiş abituriyentlər test
imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini
ödəyərsə, müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək seçmə
turda iştirak etməlidirlər.
Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi
Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən
mərkəzləşdirilmiş qaydada keçirilir.
Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri
istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”,
“Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi
Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı
alətləri ifaçılığı (alətlər üzrə)” ixtisaslarını yalnız seçmə tur
zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.
Qeyd edək ki, Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin
Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi
nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər
üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)”
(Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin
“İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri
ifaçılığı (alətlər üzrə)” ixtisasları istisna olmaqla) ixtisasları
üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak
etmirlər.
Abituriyentlər ixtisas seçimi edərkən xüsusi qabiliyyət tələb edən
ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var