Qırmızı.az
Səlim Müslümov vətəndaşlarla görüşdü
Mayın 29-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Neftçala,
Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların
həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından
xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb gətirilmələri
təmin olunub.
Nazirliyin Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin
inzibati binasında keçirilən qəbula gələn bütün vətəndaşların
müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlər əsasən,
imtiyazlı şəxslərin bərpa-müalicə və istirahət mərkəzlərinə
yollayışla, ayrı-ayrı Böyük Vətən müharibəsi (BVM), Çernobıl
əlillərinin minik avtomobili ilə təmin olunması, əlilliyi olan
şəxslərin peşə hazırlığına cəlb edilməsi, mənzil növbəsinə dayanma,
işlə təmin olunma və s. məsələləri əhatə edib. Ümumilikdə
müraciətlər arasında ünvanlı dövlət sosial yardımla bağlı
müraciətlər azlıq təşkil edib.
S.Müslümov vətəndaşların qeyd olunan təminat növləri ilə təmin
olunmaq hüququnun araşdırılaraq qısa müddətdə müvafiq işlər
aparılması barədə tapşırıq verib. İşsiz olduqlarını bildirən
şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə
həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli
məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il
tarixli Sərəncamına uyğun olaraq, cari ilin əvvəlinədək növbədə
olan bütün BVM əlillərinin, onlara bərabər tutulanların, o cümlədən
Çernobıl AES əlillərinin yaxın aylar ərzində dövlət hesabına minik
avtomobilləri ilə tam təmin ediləcəklərini vurğulayıb.
Mənzil növbəsinə yazılmaq istəyən şəxslərə bunun üçün müvafiq
İH-lərinə müraciət etmələrini tövsiyə edən S.Müslümov fərdi ev
tikintisi üçün növbədə dayanmış bütün əlilliyi olan şəxslər üçün
nazirliyin rəsmi saytındakı (www.mlspp.gov.az) müvafiq növbəlilik
siyahısı üzrə yaşadıqları ərazilərdə fərdi ev tikiləcəyini
bildirib.
S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi olan
şəxslərin nazirliyin tabeliyindəki Sağlamlıq imkanları məhdud
gənclərin Peşə Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb
olunması və kursları bitirdikdən sonra onların yiyələndikləri
peşələr üzrə işlə təmin olunması barədə göstəriş verib. Nazir
həmçinin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaq barədə
müraciətlərin yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər
görülməsi, əlillik qrupu almaq istəyən şəxslərin Tibbi-sosial
ekspert komissiyasında əyani əlillik müayinəsinə cəlb olunması ilə
bağlı nazirliyin aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar
verib.
"Açıq qapı" şəraitində keçirilən qəbul zamanı Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınıb. Qəbul zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən vətəndaşlar üçün Əmək Birjasının fəaliyyəti təşkil olunub.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub