• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Azdrama”da yeni qalmaqal

“Azdrama”da yeni qalmaqal

Akademik Milli Dram Teatrının Dövlət Mükafatına təqdim etdiyi “Şah Qacar” tamaşası geri qaytarılıb. Və bu da teatrdakı gərginliyi bir qədər də artırmış olub.


AzNews.az-daxil olan məlumata görə, dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında rejissor Azərpaşa Nemətovun səhnələşdirdiyi tamaşanıın bu mükafata təqdim edilməsi teatrdakı digər aktyorların ürəyincə olmayıb. Amma teatr rəhbərliyi nəyəsə görə, məhz bu əsər üzırində qalıb və onu Dövlət Mükafatına layiq görülməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.


Lakin qiymətləndirilmə vaxtı bildirilib ki, “Şah Qacar” tamaşası Dövlət Mükafatına layiq deyil və ola da bilməz. Səbəb kimi tamaşanın çox zəif hazırlanması göstərilib. Məlumata görə, əslində, Dövlət Mükafatına Mehriban Ələkbərzadənin quruluşunda olan “Əmir Teymur” tamaşası təqdim olunmalıymış. Amma tamaşanın premyerası müəmmalı şəkildə gecikdirilib ki, mükafata məhz “Şah Qacar” təqdim edilsin.


Elə buna görə də, “Şah Qacar”ın mükafata layiq bilinməməsi bir sıra aktyorların sevincinə səbəb olub. Qeyd edək ki, Dövlət Mükafatına mədəniyyət sahəsi üzrə “Şah Qacar” pyesindən başqa, xalq artisti Ramiz Quliyevin “Beynəlxalq simpozium və festivallarda geniş və uğurlu yaradıcılıq fəaliyyəti, xüsusən də son illər dünyanın aparıcı simfonik, kamera və digər orkestrləri ilə böyük müvəffəqiyyətlə həyata keçirdiyi konsert-ifaçılıq layihələri”, Fərhad Bədəlbəyli, Oqtay Rəcəbov, Gülnar Abdullazadə, Oqtay Abbasquliyev, Nərminə Quliyeva, Yeganə Axundovanın “Fortepianoda çalmaq üçün dərslik və dərs vəsaitləri toplusu”, Nizami Məmmədov, Vilayət İsmayılov, Əbülfəz Babazadənin “Культура устойчивого развития: от идеи к реальности” kitabı təqdim edilmişdi. Rəssam Oqtay Sadıxzadənin namizədliyini isə Azərbaycan Rəssamlar İttifaqı irəli sürmüşdü.

Xatırladaq ki, Dövlət Mükafatına Xalq artisti Ramiz Quliyev, Oqtay Sadıqzadə, Elmira Axundova və Tofiq Nağıyev layiq görülüblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR