11-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bizi izləyin

Qırmızı.az

11-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Yaponiyadan olan 9 yaşlı oğlan binanın 11-ci mərtəbəsindən yıxılıb. Ancaq möcüzə nəticəsində sağ qalıb.

Hadisə Yaponiyanın Osaka şəhərində baş verib. Çoxmənzilli evin 11-ci mərtəbəsində oynayan 3 uşaqdan biri tarazlığını itirərək 30 metrdən aşağı yuvarlanıb.

Polisin verdiyi məlumata görə, uşağın həyatını ağac xilas edib. 9 yaşlı uşaq binadan yıxılarkən ağacın budaqlarına ilişib və bundan sonra yerə düşüb. Bu səbəbdən ayağından zədələr alan uşaq sağ qalıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm