Pensiyaların orta aylıq məbləği artıb
Bizi izləyin

Qırmızı.az

Pensiyaların orta aylıq məbləği artıb

Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 171,7 manata çatdırılıb ki, bu da 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 141,9 manat və ya 5,8 dəfə çoxdur.

Publika.az-a Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti yaşa görə əmək pensiyaçıları üzrə 45 faiz təşkil edir.

Qeyd edək ki, indi pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib. Halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğdə olub.

Xatırladaq ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm