İşçi faciəvi şəkildə öldü
Bizi izləyin

Qırmızı.az

İşçi faciəvi şəkildə öldü

Xızı rayonunda faciəli ölüm hadisəsi baş verib.


ANS PRESS-in məlumatına görə, Magistral Qaz Kəmərləri Sahələrinin “Qaz İxrac” idarəsinin işçisi Ağayev Elnur Fətullah oğlu Xızı rayonunda yüksək təzyiqli qaz xəttini çəkərkən faciəli şəkildə ölüb.


Belə ki, E.Ağayev qaz xəttinin üzərində təmir işləri apardığı zaman qaz xəttinin filtiri yerindən çıxaraq onun üzünə zərblə dəyib. E.Ağayev hadisə yerində keçinib.


Mərhumun qardaşı Ağayev Ramil Fətullah oğlunun ANS PRESS-ə verdiyi məlumataa görə, E.Ağayev 10 ildir ki, Siyəzən rayonu “Qaz İxrac” İdarəsində elektrik kimi çalışıb. 2 ay bundan əvvəl isə o, çilingər kimi çalışmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm