Qırmızı.az
Uşaqlara yol qəzalarından qorunmaq yolları öyrədiləcək
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi və "Nurgün Motors" şirkəti 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Gəlin, uşaqlarımızı yol qəzalarından qoruyaq!" şüarı altında birgə tədbir təşkil edəcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, tədbir iyunun 1-də saat 11:00-da Bakıdakı 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzində keçiriləcək. Tədbirdə BŞDYPİ-nin nümayəndələri, şagirdlər, müəllimlər, valideyn komitələrinin nümayəndələri iştirak edəcəklər.
Mərkəzdə "Uşaqların yay tətilini təhlükəsiz başa vuraq", "Yol hətəkəri qaydaları uşaqların gözündə", "Sürət məsafəni yox, ömrü qısaldır", "Keç yeraltı keçiddən, uzaq ol təhlükədən" və digər mövzular ətrafında çıxışlar olacaq, uşaqlar asfalt üzərində yol hərəkəti qaydalarına dair rəsmlər çəkəcəklər.
Bölmə rəisi bildirib ki, tədbirin sonunda uşaqların bilik və bacarığına qiymət veriləcək, seçilən şagirdlərə müxtəlif mükafatlar, hədiyyələr veriləcək: "Məqsəd azyaşlıların yol hərəkəti qaydaları ilə bağlı maariflənməsi, onların həyat və sağlamlığının qorunması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır".
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB