Sabah imtahan var
Bizi izləyin

Qırmızı.az

Sabah imtahan var

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 30-da Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək.

Komissiyadan Publika.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat TQDK-da aparılıb. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 8 nəfər qeydiyyatdan keçib.

İmtahandan keçən namizədlər üçün müsahibə TQDK-da 2014-cü il iyunun 2-də saat 15:00-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm