Qırmızı.az
20 baldan sonra sürücünü nə gözləyir?
20 baldan sonra sürücünü nə gözləyir? Keçid üstünlüyü hüququna
malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə 100 manat
cərimə nəzərdə tutulur.
Publika.az-ın avtosfer.az-a
istinadən verdiyi məlumata görə, sürcülərin törətdiyi qayda
pozuntularına görə inzibati məsuliyyət məsələsində xeyli
dəyişikliklər nəzərdə tutan qanun qüvvəyə minir. Əsas yeniliklər
bunlardır:
1. Qayda pozan sürücünün hər hansı DYP orqanına çağırılması
istisnasız olaraq qadağan edilir.
2. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə
ballarının sayı 12-dən 20-yə qaldırılır.
3. 20 cərimə balı toplandıqda sürücülük hüququ əvvəlki kimi 2 aydan
1 ilədək yox, konkret olaraq 6 ay müddətinə məhdudlaşdırılacaq.
Bununla, məhdudlaşdırmanın müddəti konkretləşdirilir.
4. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə
pulu 2 faizdən 1 faizə endirilir.
5. Cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 3
gündən 5 günə qədər qaldırılır.
6. Sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan
10 manata endirilir və s...
Bu dəyişikliklərin bəzilərinin geriyə qüvvəsi də var.
Dəyişikliklərdə o da qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin
151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların
törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar
5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin
edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə
mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid
üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol
verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi
mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə
yüz manat miqdarında cərimə edilir.
Bundan əlavə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan
nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən
fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan
5 gün müddətində verməməsinə görə hüquqi şəxs üç yüz manat
miqdarında cərimə edilir.
Yeni qaydalara əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq
siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat
vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin
müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət
edilməsinə görə yüz manat miqdarında cərimə nəzərdə tutulur.
Qeyd edək ki, həmin əməlin törədilməsinə görə cərimə sanksiyası
əvvəllər 60 manat və 3 bal idi. İndi isə 100 manat və 3 bal tətbiq
olunacaq. Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən
nəqliyyat vasitələri dedikdə isə təcili tibbi yardım,
yanğınsöndürən, polis və digər avtomobillər nəzərdə tutulur. Keçid
üstünlüyü hüququna malik olan nəqliyyat vasitələri və ya mütəşəkkil
nəqliyyat dəstəsi isə operativ nəqliyyat vasitələri və onların
müşaiyət etdiyi kortejlər nəzərdə tutulur.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO