Qubada güclü sel ciddi problemlər yaradıb
Bizi izləyin

Qırmızı.az

Qubada güclü sel ciddi problemlər yaradıb

Quba rayonunda yağan leysan yağışlar fəsadlar yaradıb.

Quba rayonunda yağan leysan yağışlar fəsadlar yaradıb.

Rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan inetnsiv yağışlar əhaliyə ciddi ziyan vurub.

Rayon Fövqəladə Hallar Komissiyasınından verilən məlumata görə, Tülər kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin həyət-bacası su altında qalıb.

Həmçinin kənd yolunun üstündəki kğrpü də üçüb. Möhüc kəndinə gedən körpü də uçmaq təhlükəsi ilə üzləşib.

Hazırda intensiv yağan yağışlar səngiyib. Rayonun müvafiq qurumları dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlayıb. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm