Bakıya giriş bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakıya giriş bağlanır

Bu gün saat 11:00-da Bakı Dairəvi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisinə yaxın hissədən şəhər istiqamətinə dönən yol ötürücüsünə qədər (Maşın bazarı adlanan ərazinin yanındakı körpü) hissə bağlanacaq.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə gediş hissə bağlanacaq və yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri görüləcək.

“Daha sonra isə bu bağlanan gediş hissə açılaraq, yolun gəliş hissəsi, yəni Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətinə doğru yolun hərəkət hissəsində hərəkət məhdudlaşdırılaraq xətlənmə işləri görüləcək”, – deyə o bildirib.

“Azəryolservis” rəsmisi həmçinin əlavə edib ki, bu axşam 22:00-da Yusif Səfərov küçəsinin şəhər istiqamətinə gedən hissəsi də bağlanacaq. Yol xətləndikdən sonra açılacaq və şəhərdən Heydər Əliyev prospekti istiqamətində də xətlənmə işləri ilə əlaqədar yol tam məhdudlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm