Qalib komanda dünya kuboku uğrunda yarışacaq
Bizi izləyin

Qırmızı.az

Qalib komanda dünya kuboku uğrunda yarışacaq

“Enactus” proqramı üzrə IX milli yarışın rəsmi açılış mərasimi keçirilib.

Publika.az-ın xəbərinə görə, 2013/2014 tədris ilində “Enactus” proqramına 11 komanda qoşulub. Milli yarışda icra olunmuş layihələrin təqdimatı aparılacaq. Layihələri münsiflər heyəti “Enactus” meyarları əsasında seçəcək.

Münsiflər heyəti dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən ibarət olacaq. Qalib komanda ölkəmizi Çinin paytaxtı Pekin şəhərində keçiriləcək dünya kuboku yarışında təmsil edəcək.

Xatırladaq ki, Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us – Enactus) beynəlxalq proqramın əsası 1975-ci ildə ABŞ üniversitetləri tərəfindən qoyulub. 2012-ci ilə qədər proqramın adı “Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises – SİFE)” olub.

Enactus” proqramı üzrə milli yarışların keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həytının müsbətə doğru dəyişdirilməsidir

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm