Hind dəhşəti: iki bacını zorlayıb dara çəkdilər – FOTO
Bizi izləyin

Qırmızı.az

Hind dəhşəti: iki bacını zorlayıb dara çəkdilər – FOTO

Hind dəhşəti: iki bacını zorlayıb dara çəkdilər - YENİLƏNİB - FOTO

10:03

Hindistanda daha bir tükürpədici cinayət törədilib. İki yeniyetmə bacını vəhşicəsinə zorlayandan sonra onları kəndin kənarındakı ağacda asıblar.

14 və 15 yaşlı bacılara təcavüz edənlər kənd sakinləri olublar. Onların arasında polis əməkdaşının olduğu da deyilir.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, kənd sakinləri ilə yanaşı, yaxın qəsəbə və kəndlərin camaatı da küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. Onlar bacılara təcavüz edərək asanların ən qısa zamanda aşkarlanaraq həbs olunmasını tələb ediblər.

Olay Hindistanın Uttar-Pradeş ştatındakı Katra kəndində baş verib.

Səhər saatlarında həmişə olduğu kimi, evdən çıxaraq tarlaya, işləməyə yollanan 14 və 15 yaşlı bacılar axşam evə qayıtmayıblar. Valideynlər tarlada yoxa çıxmış qızlarını arasalar da, bir nəticə hasil olmayıb.

Ertəsi gün qızlar tapılıblar.

Onlar kənddən uzaqda, cəngəlliyin kənarındakı manqo ağacından asılmışdılar.

Qızları dəfələrlə zorlayandan sonra onları dara çəkmişdilər.

Hindistan qanunvericiliyində təcavüzə görə cəzalar ötən ilin sonlarından etibarən sərtləşdirilib. Qanunvericiliyə əlavə və dəyişikliklər qrup halında zorlamaya görə edam cəzasının tətbiqini nəzərdə tutur.

Qanunvericiliyin sərtləşməsi 2012-ci ildə 23 yaşlı tələbə qızın paytaxt Nyu-Dehlidəki sərnişin avtobusunda dəfələrlə zorlanandan sonra vəhşicəsinə döyülməsi, bundan sonra ölkədə həftələrlə davam etmiş kütləvi etiraz aksiyaları ilə bağlı idi.

Uttar-Pradeş ştatının paytaxtı Lakhnaudan 300 kilomer cənub-qərbdəki Katra kəndinin sakinləri iki yeniyetmə bacının asıldıqları manqo ağacanını ətrafına yığışaraq oturublar və 12 saat boyunca, cinayətkarların ən qısa zamanda tapılacağı ilə bağlı Uttar-Pradeş ştatının rəhbərliyindən təminat almayınca durmayıblar.

Polisdən verilən məlumata görə, 14 və 15 yaşlı bacıları zorlamaq, sonra da ağacdan asmaqda şübhəli bilinən 4 nəfəri həbs edib. Daha 4 nəfər axtarışdadır.

Polis mayoru Atul Saksenanın dediyinə görə, cəsədlərin eksqumasiyası kənd sakinlərinin dediklərini təsdiqləyib: "Bu qızları dəfələrlə zorlayandan sonra asıblar. Üstəlik, qızların atasının polisə müraciət edərək övladlarının evə qayıtmaması ilə bağlı müraciətinin qulaqardına vurulması faktı da təsdiqlənib. 3 polis əməkdaşı işdən qovulub".

Zorlanan və asılan bacılar "dalit" kastasının mənsublarıdır. "Dalit"lər Hindistandakı kasta sistemində ən aşağı səviyyədə duran insanlardır və onları "toxunulmazlar" adlandırırlar. "Dalit"ə toxunmaq belə, murdarlıq sayılır.

BMT hesablamalarına görə, 1,2 milyard əhalisi olan Hindistanda hər 22 dəqiqədən bir zorlama baş verir.

---------
09:33

bizimyol.info xəbər verir ki, Hindistanda dəhşətli hadisə yaşanıb. Hindistanın Uttar Pradeş şəhərində bir necə gün öncə itən 2 bacı ağacdan asılı vəziyyətdə tapılıb. Qızların bir neçə nəfər tərəfindən təcavüz edildiyi, daha sonra isə boğularaq ağacdan asıldığı məlum olub. Xəbər tez bir zamanda bütün ölkəni ayağa qaldırıb. Qızların cansız bədənləri tapıldıqdan sonra ölkənin müxtəlif yerlərində aksiyalar keçirilib. Hadisə ilə bağlı 3 nəfərin saxlanıldığı bildirilir. Qeyd edək ki, qızlardan birinin 14, digərinin isə 15 yaşı var idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm