“Bakcell”dən 666 66 66 ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Bakcell”dən 666 66 66 ilə bağlı AÇIQLAMA

““Bakcell” MMC şirkəti müxtəlif mətbuat orqanlarında 055 666 66 66 nömrəsi ilə bağlı yayılan məlumatlara cavab olaraq bildirir ki, şirkət öz abunəçilərinə dair məlumatların məxfiliyi üzrə öhdəlik daşıyır. Cari qanunvericiliyin müddəalarına müvafiq olaraq Bakcell nömrələri üzrə hər hansı məlumat yalnız abunəçinin özünə və ya hüquq mühafizə orqanlarının sorğusu əsasında təqdim oluna bilər".

Bu, “Bakcell” MMC-dən Publika.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

"Konkret nomrənin əldə olunması faktı ilə bağlı qeyd etmək istəyirik ki, kütləvi informasiya vasitələrində yayımlanan məlumatların həqiqətə uyğun olmaması artıq abunəçinin özü tərəfindən bildirilib”,– deyə cavabda bildirilir.

055 666 66 66 nömrəsinin rekord qiymətə – 100.000 manata satılması ilə bağlı mətbuatda məlumatlar yer alıb. Nömrənin sahibi isə açıqlamasında nömrəni illərdir istifadə etdiyini və həmin qiymətə almadığını deyib. Onun sözlərinə görə, belə xəbərlərin yayılmasında Bakcell-in özü maraqlıdır ki, reklam olunsun. Adını açıqlamaq istəməyən şəxs bununla bağlı məhkəməyə müraciət edəcəyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm