Kanadadan təbrik var
Bizi izləyin

Qırmızı.az

Kanadadan təbrik var

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri 28 MayRespublika Günü münasibətilə bəyanat verib.

Publika.az-ın xəbərinə görə, bəyanatda Barri Devolin 96 il əvvəl müsəlman aləmində ilk demokratik və dünyəvi respublikanın Azərbaycanda yaradıldığını qeyd edib.

O, Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman dövləti olduğunu vurğulayıb. Müstəqil Azərbaycan dövlətinin iki il ərzində fəaliyyət göstərdiyini qeyd edən millət vəkili, Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb.

Bəyanatın sonunda Barri Devolin Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasına parlaq gələcək arzu edib .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm