Əsgər ölümü ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Əsgər ölümü ilə bağlı cinayət işi açıldı

Daxili Qoşunların "N" saylı hərbi hissəsinin əsgəri Məmmədov Samiq Sultan oğlunun xəstəlikdən dünyasını dəyişməsi ilə bağlı Bakı Hərbi prokurorluğunda Cinayət Məcəllləsinin 342.2-ci maddəsi (Qulluğa səhlənkar yanaşma; əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) cinayət işi açılıb.

Bu barədə Publika.az-a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Hazırda faktla bağlı müvafiq ekspertiza təyin edilib, zəruri istintaq tədbirləri aparılır.

Mətbuat xidmətindən bildirilib ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə ehtiyatsızlıqdan və qəsdən adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Qeyd edək ki, Daxili Qoşunlar bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılnış əsgər, 18 yaşlı Məmmədov Samiq Sultan oğlunun hərbi hospitala hemorragik vaskulitin sürətli gedişi diaqnozu ilə daxil olduğu və həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm