Nazirlikdən özünü doğrayan əlillə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən özünü doğrayan əlillə bağlı açıqlama

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbulu zamanı 53 yaşlı Rəşid Nəbiyevin intihara cəhd etməsi ilə bağlı yayılan məlumata nazirlik münasibət bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elman Babayev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Yalandır. Dünən nazir Salyanda olub. Orada yaşayan vətəndaşları qəbul edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm