86797 məzun üçün "Son zəng" çalınacaq
Bizi izləyin

Qırmızı.az

86797 məzun üçün "Son zəng" çalınacaq

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq.

2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.

Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirib. BŞTİ-i məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm