FHN Balakəndə tədbir keçirib
Bizi izləyin

Qırmızı.az

FHN Balakəndə tədbir keçirib

“Balakən rayonunda Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışını etdik. Bilirsiniz ki, respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işləri təkmilləşdirmək məqsədi ilə təsdiq edilmiş proqrama uyğun olaraq, hazırda ölkənin müxtəlif yerlərində, əhalinin sıx yaşadığı ərazilərdə, kəndlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yeni hissələri, bölmələri yaradılır”.

AzərTAc xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirib: “Məqsədimiz odur ki, ən qısa müddətdə, maksimum 10 dəqiqə ərzində xilasedicilər, yanğınsöndürənlər fəlakət zonasına yetişə bilsinlər. Bu, dövlətimizin proqramıdır. Prezident İlham Əliyevin nazirliyin qarşısında qoyduğu vəzifədir. Ümumiyyətlə, yaxın illərdə Azərbaycanın bütün yaşayış məntəqələrində baş verə biləcək yanğın və ya təbii fəlakətlərin nəticələrinin təcili surətdə aradan qaldırılması üçün xilasedicilərin, yanğınsöndürənlərin çox qısa zamanda, 10 dəqiqədən də az müddətdə fəlakət zonasına yetişməsi təmin olunacaq. Nazirlik olaraq, qarşıya belə bir məqsəd qoymuşuq və bu məqsədə doğru irəliləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm