Bakıda 31 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 31 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi ərazilərində 35, Bakıda isə 31 dərəcəyə kimi isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 31-də bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Hava gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 23-25 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm