Azyaşlı uşaq anası cəzadan azad edildi
Bizi izləyin

Qırmızı.az

Azyaşlı uşaq anası cəzadan azad edildi

Azyaşlı uşaq anası cəzadan azad edildi

Bu gün Nərimanov rayon Məhkəməsində oğurluqla məşğul olan Yuliya Bəxtiyarovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini Yuliya Bəxtiyarova Nərimanov rayonunda yaşayan Rafayel Allahverdiyevin mənzilindən qızıl əşyaları oğurlayıb. Yuliya Bəxtiyarova rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yuliya Bəxtiyarova 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Yuliya Bəxtiyarovanın azyaşlı uşağının olmasını nəzərə alıb. Buna görə də onun barəsində olan hökmün icrası 8 il müddətinə təxirə salınıb. Yuliya Bəxtiyarovanın azyaşlı uşağının 8 yaşı tamam olandan sonra cəzasını çəkməyə başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm