Qırmızı.az
Zakir Qaralov biçarə ananın müraciətinə reaksiya verdi (YENİLƏNİB)
“Vətəndaş Şirinbəyim Eyvazovanın müraciəti baş prokuror Zakir Qaralov tərəfindən xüsusi nəzarətə götürülüb”. Bu haqda “Yeni Müsavat”a baş prokurorluğun mətbuat xidmətinin rəhbəri eldar Sultanov məlumat verib.
E.Sultanovun sözlərinə görə Ş.Eyvazovanın müraciətində göstərdiyi xüsusatların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə baş prokuror tərəfindən müvafiq göstəriş verilib.
İstintaqın nəticəsi barədə əlavə məlumat veriləcək.
12:44
Salyanın Aşağı Noxudlu kənd sakini Şirinbəyim Bayram qızı Eyvazova baş prokuror Zakir Qaralovdan kömək istəyir.
Məktub müəllifi yazır ki, 2 aprel 2014-cü ildə qızı Afət Ağakərim
qızı Cəfərovanın (Eyvazova) asılmış meyiti yaşadığı Salyanın Aşağı
Noxudlu kəndindəki evində aşkar olunub: “Bir ana kimi deyirəm ki,
qızımın özünə qəsd etməsi versiyası ilə razı deyiləm. Qızımın 2 qız
nəvəsi var. Bir qızı Pedaqoji Universitetin axırıncı kursunda, oğlu
Şirvan şəhərində texnikumda oxuyur. Qızım zəhmətkeş, fiziki
cəhətdən sağlam bir qadın idi. Kənd orta məktəbində xadimə
işləyirdi, təsərrüfatla məşğul olurdu.
Ölən günə qədər həyat yoldaşı Abdul Cəfərovla münaqişəli həyat sürürdü. Bunu onun uşaqları, qonşuları və qohumları təsdiq edə bilərlər. Ölməmişdən 5-10 dəqiqə qabaq qızım qızına zəng edib və həyat yoldaşının onu öldürmək istədiyini deyib. Bunu telefon zəngləri də sübut edir.
Cənab Baş prokuror.
Qızımla həyat yoldaşı arasında daim mübahisəli vəziyyətin olması,
həyat yoldaşının hər xırda məsələyə görə evdə dava-dalaş salması
belə fikrə gəlməyimə səbəb olub ki, qızımı öldürüblər və sonra
asıblar. Qızımın başında xəsarət izləri də vardı.
Qızımın asıldığı yerdə ayağının altında stul olmayıb. Boynuna bağlı
olan ip sürüşkən deyildi. Düyünlənmiş halda idi. Onun asıldığı yer
qızımın boyuna bərabər olub. Ayağı yerə dəyən səriştəsiz adam özünü
asa bilməz. Yəni ki, onun özünü asmaq üçün heç bir səbəbi yox idi.
Bir ana kimi onun ölüsünü görəndə dəhşətə gəldim. Çünki onun
əynindəki paltar gündəlik geydiyi paltar deyildi və başının arxa
sağ tərəfi qaralmışdı. Əynindəki paltar ona sonradan geyindirilib.
İstintaqın gedişindən mənə bəlli oldu ki, həmin gün geydiyi və
düymələri qırılmış xalat maddi sübut kimi hadisə yerindən
götürülməyib. Bu haqda daha məlumatlı, onun ölümündən qabaq zəng
etdiyi kiçik qızıdır. Ancaq o, ata qohumlarının təsiri və qorxusu
altında olduğu üçün həqiqəti söyləyə bilmir. Qızımın oğlu (nəvəm)
dörd mərasimi qurtarana qədər bizdən xahiş edirdi ki, atamdan
şikayət etməyin, evi mənim adıma keçirəcək. Mərhumun meyiti
yarılaraq daxili müayinə olunmadan basdırılıb. Bu barədə biz
sonradan bildik və rayon prokuroruna müraciətimiz əsasında meyit
qəbirdən çıxarılaraq tibbi ekspertizaya göndərildi. Hətta meyitin
daxili orqanlarının tibbi ekspertizaya getməsinə, ölümündən qabaq
mərhum qızımın övladları – qızı və oğlu imkan vermək istəmirdilər.
Bu hadisənin peşəkar istintaq qrupuna ehtiyacı var. Ölüm
hadisəsindən bir ay keçməsinə baxmayaraq artıq iki müstəntiq
dəyişib və buna baxmayaraq, şübhəli şəxs qismində heç kim
saxlanılmayıb”.
Aşağı Noxudlu sakini baş prokurordan xahiş edir ki, iş ədalətlə
araşdırılsın: “Zakir Qaralov, sizə inanıram və ona görə də sizdən
xahiş edirəm ki, istintaqın hərtərəfli və ədalətli aparılması üçün
peşəkar istintaq qrupunun qızımın ölüm işini araşdırmasına öz
köməkliyinizi əsirgəməyəsiniz. Ümidim ancaq
sizədir!”(musavat.com)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...