• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Beyləqanda sakinlər yolu bağlayıb

Beyləqanda sakinlər yolu bağlayıb

Bu gün səhər saatlarında Beyləqan rayonu Kəbirli kəndinə gedən yolda sakinlər yolu bağlayıb. Sakinlər rayona gedən yolu bir saat bağlayıb. onların sözlərinə görə, bir müddətdir kəndə qaz xətti çəkilməsinə başlanıb. Lakin birdən-birə qaz xətti çəkiləcək borular oğurlanıb. Etiraza səbəb qaz xəttinin çəkilməsinin dayandırılması olub.

“Azəriqaz" İstehsalat Birliyinin mətbuat xid mətinin rəhbəri Araz Ağayev publika.az-a açıqlamasında boruların yerinin podratçı şirkət tərəfindən dəyişdirildiyini deyib:

“Bütün rayonlarda qazlaşdırmanı podratçı təşkilatlar həyata keçirir. Beyləqan rayonu Kəbirli kəndində də qaz çəkilməsi zamanı istifadə edilən borular podratçı şirkətə məxsus olub, onlar harda istəsələr, boruları saxlaya bilir. Məsələyə etiraz edən sakinlər İcra hakimiyyətinə dəvət edilərək səbəb izah edilib. Burada heç bir oğurluqdan söhbət gedə bilməz”.

A.Ağayev bildirib ki, “2014-18-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında qazlaşdırılmamış yaşayış məntəqələrinin qazla təmin edilməsi nəzərdə tutulur. O cümlədən Kəbirli kəndində də proses həyata keçirilir və qazlaşdırma davam edəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR