Novruz Məmmədov Prezidentin məktubu haqda nə dedi? – ÖZӘL
Bizi izləyin

Qırmızı.az

Novruz Məmmədov Prezidentin məktubu haqda nə dedi? – ÖZӘL

Novruz Məmmədov Prezident İlham Әliyevin Avrasiya İttifaqı ilə bağlı məktub göndərməsini təsdiqlədi - ÖZӘL - FOTOLAR

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Әliyevin Avrasiya iqtisadi Birliyinin yaradılması ilə bağlı Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevə məktub göndərməsi məsələsini şərh edib.

PA rəhbərinin müavini N.Məmmədov Publika.az-a müsahibəsində deyib: "Ötən gün Astanada keçirilən iclas zamanı hər üç dövlət başçısı Azərbaycan Prezidentindən məktub aldığını bildirib. Doğrudan da, bu günlərdə belə bir məktub göndərilib. Çünki biz bu gün dünyada və regionda gedən prosesləri izləyirik, təhlil edirik və müəyyən nəticələr çıxarıb gələcək üçün öz işimizi qururuq. Artıq 3 dövlət Avrasiya İqtisadi Birliyini yaradır, bu, onların öz işidir və bizim üçün burada heç bir problem yoxdur. Ancaq bizi narahat edən məsələ , Ermənistan birdən-birə Avropa İttifaqının əməkdaşlıq proqramından üz döndərib, Avrasiya Iqtisadi Birliyinə üzv olmağa qərar verməsidir. Bundan sonra biz də düşündük ki, bu məsələ hər bir dövlətin öz işi olsa da, ancaq 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz torpağını, o cümlədən Dağlıq Qarabağı işğal edib və bu işğalçılıq siyasəti hələ də davam edir. Ermənistan indiyədək hələ də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir".

Qeyd edək ki, PA-nın şöbə müdiri Publika.az-a geniş müsahibə verib. Bir qədər sonra müsahibə ilə tanış ola biləcəksiniz.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm