Nazirlikdə özünü doğrayan əlil danışdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Nazirlikdə özünü doğrayan əlil danışdı (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd etmiş birinci qrup əlil Rəşid Nəbiyevin vəziyyəti ağır olaraq qalır.


AzNews.az-ın əməkdaşı ilə danışan inthara cəhd edən şəxs özünə qəsd etməsinin səbəblərinə də aydınlıq gətirib:

“Danışmağa əziyyət çəkirəm, ağrılarım var. Məni çox incitdilər, canımdan bezdirdilər. Ona görə məcbur olub özümə qəsd elədim. Özümü çox pis hiss edirəm. Mən ikinci qrup əliləm, amma dərəcəmi düz vermirdilər. Çox get-gələ saldılar, axırda 3-cü qrup verdilər. Hadisə nazirliyin birinci mərtəbəsində olub. Dedim ki, nazirin qəbuluna düşmək istəyirəm. Şərait yaratmadılar”.


Qeyd edək ki, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nəbiyev dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə yerləşdirilib.


Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəstənin qayğısına qalmaqdansa, bu informasiyanı ört-basdır etmək istəyir. Belə olmasaydı, AzNews.az-ın yaydığı bu xəbəri Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən həyasızcasına təkzib etməyə çalışmazdılar.


Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elman Babayev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Yalandır. Dünən nazir Salyanda olub. Orada yaşayan vətəndaşları qəbul edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm