Yevlaxda ağır yol qəzası – 3 ölü, 8 yaralı (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Yevlaxda ağır yol qəzası – 3 ölü, 8 yaralı (YENİLƏNİB - 2)

"Qəzada xəsərət alanlar və ölən məzunlar deyil. Bu, yalnış məlumatdı".

Bunu Publika.az-a açıqlamasında Yevlax Mərkəzi rayon Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov bildirib.

“Xəstəxənaya 8 nəfər gətirilib. Onlardan 2012-ci il təvəllüdlü Mətiyeva Fəridə Səxavət qızı xəstəxanaya gələndə artıq keçinmişdi. Bir qadın, bir kişi isə elə hadisə yerindəcə dünyasını dəyişib. Onlar birbaşa morqa gətirilib. Qalan 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda vəziyyətləri stabildi”

Gülşanə

17:40

Baş Dövlət Yol Polis İdarəsininin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev hadisə ilə bağlı “Qafqazinfo” ya açıqlama verib.

K. Əliyev bildirib ki,marşrutda məktəblilər olmayıb: “ Ağstafadan Bakıya gələn ford markalı maşın onunla eyni istiqamətdə hərəkət edən yük markalı maşını ilə toqquşub:

"Nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb”

Fövqəladə Hallar Nazirliyi də Bakı-Qazax yolunda yük avtomobili ilə mikroavtobusun toqquşması ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda Bakı-Qazax yolunun 281-ci kilometrliyində "Ford" markalı mikroavtobus idarəetməni itirərək "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı avtomobilin 7 nəfər sərnişini yaralı vəziyyətdə, 2 nəfər - 1 nəfər kimliyi məlum olmayan şəxs və 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mehtiyevanın cəsədləri xilasedicilər çatana qədər xəstəxanaya aparılıb.

Avtomobilin sürücüsü yaralı vəziyyətdə və 1 nəfər kimliyi məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və kimliy məlum olmayan şəxsin cəsədini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

15:47

Bu gün Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib.

Ağdaş Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub.


Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm