Zabratda dəhşətli qəza – ŞOK VİDEO + FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Zabratda dəhşətli qəza – ŞOK VİDEO + FOTOLAR

Zabratdakı dəhşətli qəzanın ŞOK VİDEO-su + FOTOLAR

Üç avtomobil bir anda toqquşub parça-parça oldu

Bakıda dəhşətli yol qəzası baş verib. Qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İki “Mersedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir. Sabunçu Rayon Polis İdarəsindən hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Avtosfer.az saytı həmin qəzanın dəhşətli videosunu əldə edib. Fərahim İlqaroğlunun facebookda paylaşdığı həmin videoda hadisənin bir göz qırpımında baş verdiyi və üç avtomobilin bir anda parça-parça olduğu əksini tapıb. «Mersedes» isə aşaraq bir neçə metr kənara düşüb. Videoya diqqətlə baxdıqda aydın olur ki, elə həmin aşan «Mersedes» kobud qayda pozuntusuna yol verərək qoşa xəttin tələbini pozub sola dönməyə çalışır. Özü də avtomobillərin hərəkətinin sıx və sürətli olduğu bir vaxtda bu addımı atan sürücü ağır qəzanın baş verməsinə səbəb olur. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm