Aktual xəbər başlığı: "...Cinayət keçmiş məhkum tərəfindən törədilib"
Bizi izləyin

Qırmızı.az

Aktual xəbər başlığı: "...Cinayət keçmiş məhkum tərəfindən törədilib"

Bütün dünyada olduğu kimi, Azərbaycanda da həbsxanadan çıxmış şəxslərin yenidən cinayətə əl atması halları baş verir. Ölkəmizdə bu problemlə mütəmadi mübarizə aparılsa da, təkrar cinayətkarlığın azalması müşahidə edilmir. 2007-ci ildə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun qəbul edilməsinə baxmayaraq, hələ də bu qanunun effektiv iş mexanizmi qurulmamış və qanunun ən əsas tələblərindən biri olan Adaptasiya Mərkəzləri hələ də yaradılıb. "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi 2012-ci ildən etibarən bu sahəyə ictimai dəstək məqsədi ilə "Keçmiş məhkumlar üçün dəstək Mərkəzi" yaratdı və cəzadan azad edilən şəxslərə hüququ, sosial və psixoloji xidmətlər göstərməyə başladı. Qeyd edək ki, məhkumun sosial adaptəsinə dəstək verilməsi üçün onun azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasına yardımçı olmaqla yanaşı, onun cəzaçəkmə müəssisəsində olduğu zaman azadlığa hazırlanması da mühüm məsələlərdən biridir.

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi ötən ilin ikinci yarısından etibarən Avropa Şurası, Avropa Gənclər Fondunun (EYF) dəstəyi ilə "Azadlığa Hazırlıq Kursları" layihəsinin icrasına başlayıb. Publika.Az xəbər verir ki, layihə çərçivəsində Cəzaçəkmə Müəssisələrində cəza müddətinin sonuna az qalmış məhkumlara xüsusi təlimlər keçirilir. Bu təlimlərdə onlara azadlıqda verilən sosial hüquqlar, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunun tələbləri, onların sosial adaptasiyasına məsul qurumların bu sahədə görməli olduğu işlər barədə ətraflı məlumatlar verilir. Nəzərə alsaq ki, şəxsin azadlığa çıxdıqdan sonra ən mühüm problemlərindən biri işsizlikdir, təlimlərin əsas müzakirə mövzularından biri də məşğulluğun təmin olunması, azadlıqdakı iş mühiti, səmərəli işaxtarma mexanizmləri olub. Layihə çərçivəsində azadlığa çıxmış şəxsin ən mühüm bələdçisi ola biləcək bukletlər də hazırlanıb.

Qeyd edək ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına dəstək "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir və yuxarıda adı çəkilən Mərkəz də ölkədə ilk dəfə olaraq məhz bu təşkilat tərəfindən yaradılıb. Fəaliyyət planına uyğun olaraq bu problemin həllində səylərin birləşdirilməsi və fikir mübadiləsi aparılması məqsədilə ictimai dinləmələrin keçirilməsi də planlaşdırılır.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm