• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

TQDK imtahan keçirəcək

TQDK imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı 2014-cü il iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

TQDK-dan publika.az-a verilən məlumata görə, sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən cari ilin fevral ayından başlamış və mayın 26-da başa çatıb. İmtahanda iştirak etmək üçün 382 namizəd qeydiyyatdan keçib.


İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında, (Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında) keçiriləcək.


İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.


Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 31 may və 2 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. İmtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir .


Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir.


Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.


Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.


İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR