Prezident ailəsi sərgi açılışında
Bizi izləyin

Qırmızı.az

Prezident ailəsi sərgi açılışında

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi "Qala festivalı" və III Beynəlxalq "Tullantıdan sənətə" sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq "Tullantıdan sənətə" sərgisi ilə tanış olub.

Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olmuş, rəssamlarla fikir mübadiləsi aparmış və sərginin işinə uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Gallery" incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.

Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilir.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak edən uşaqlarla ünsiyyətdə olub, onlarla xatirə şəkilləri çəkdirib.

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilən festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən gəlmiş qonaqlar bu möhtəşəm tədbirdə iştirak etmələrinə yaradılan imkana görə Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival xalqımızın zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır. Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş olunur, rəqs ansamblları çıxış edir, müxtəlif interaktiv oyunlar keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm