• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

FHN Yevlaxdakı yol qəzası ilə bağlı məlumat yaydı

FHN Yevlaxdakı yol qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax rayonunda “Ford” markalı mikroavtobus idarəetməni itirərək “Shacman” markalı yük avtomobilinə çırpılması ilə nəticələnən qəza ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Ford” markalı avtomobilin 7 nəfər sərnişini yaralı vəziyyətdə, 2 nəfər – kimliyi məlum olmayan şəxs və 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mehtiyevanın cəsədləri xilasedicilər çatana qədər xəstəxanaya aparılıb.

Avtomobilin sürücüsü yaralı vəziyyətdə və kimliyi məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və kimliy məlum olmayan şəxsin cəsədini avtomobildən çıxarıblar və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR