Şabranda ağır yol qəzası: 1 nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Şabranda ağır yol qəzası: 1 nəfər ölüb

Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya yolunun 132-ci kilometrliyində ağır yol qəzası baş verib.

Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya yolunun 132-ci kilometrliyində ağır yol qəzası baş verib.

Şabran rayonunun Qəndob kəndi ərazisində iki maşın toqquşub. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb.

Qəza zamanı 1980-ci il təvəllüdlü Rəşid Fərəculla oğlu Miqbilovun idarə etdiyi Bakı istiqamətində hərəkət edən “KAMAZ” markalı yük maşını ilə 1982-cı il təvəllüdlü Rafiq Adıgözəl oglu Mövlanverdiyevin idarə etdiyi Quba istiqamətində hərəkət edən VAZ-2106 avtomobili toqquşub.

Qəza nəticəsində Rafiq Adıgözəl oglu Mövlanverdiyev həlak olub. Hadisə yerində olan Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, qəza zamanı günah VAZ-2106 avtomobilinin sürücüsü Rafiq Mövlanverdiyevdə olub. O, qarşıdan gələn “KAMAZ”ın yoluna çıxıb.

Hadisə ilə bağlı cinayət işi açılıb./Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm