Baş Prokurorluq: “Mətanət Əzizovanı ölkədən Leyla Yunus qaçırıb”
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluq: “Mətanət Əzizovanı ölkədən Leyla Yunus qaçırıb”

“Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı ilə bağlı verdiyi bütün bəyanatlar əsassızdır və həqiqətəuyğun deyil. Baş Prokurorluq onun həbsinə dair vəsatət qaldırmaq niyyətində deyi

“Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı ilə bağlı verdiyi bütün bəyanatlar əsassızdır və həqiqətə uyğun deyil. Baş Prokurorluq onun həbsinə dair vəsatət qaldırmaq niyyətində deyil”.

Bunu açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E.Sultanovun sözlərinə görə, bütün bu fikirlər “Leyla Yunusun xəstə təfəkkürünün məhsulu”, onun istintaqa təzyiq göstərmək və istintaqın gedişini yanlış istiqamətə yönəltmək cəhdlərinin nəticəsidir: “Əslində isə, Mətanət Əzizovanın ölkədən qaçmasını məhz Leyla Yunus təşkil edib”.

Baş Prokurorluq bir daha bəyan edir ki, əgər Mətanət Əzizova Azərbaycana qayıtsa, onun həbsinə heç bir cəhd göstərilməyəcək və heç bir tədbir görülməyəcək.

“Baş Prokurorluq onda maraqlıdır ki, Mətanət Əzizova Azərbaycana qayıtsın və istintaqın suallarına cavab versin. Baş Prokurorluq bu barədə onun anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlını da məlumatlandırıb”, deyə E.Sultanov bildirib. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm