“QHT Məktəbi”nin yaz təlimləri başlayır
Bizi izləyin

Qırmızı.az

“QHT Məktəbi”nin yaz təlimləri başlayır

“QHT Məktəbi”nin yaz təlimləri başlayır

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan “QHT Məktəbi” növbəti yaz təlimlərinə iştirakçıların qəbuluna başlayır.

Publika.Az-ın verdiyi xəbərə görə, məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan bu Məktəbin bu günədək 1200-ə yaxın məzunu olub.

Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcək.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra, təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm