Kəmaləddin Heydərov:"Fövqəladə hallara hazır olmalıyıq"
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov:"Fövqəladə hallara hazır olmalıyıq"

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib ki, Azərbaycan seysmik zonada yerləşir, sel daşqınları, sürüşmələr baş verən zonalar var, eyni zamanda texnogen qəzalar baş verir.

Nazirin sözlərinə görə, məhz bunu nəzərə alan Prezident İlham Əliyev 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam verib:

“Fövqəladə hallara hazır olmalıyıq. Bir hadisənin qarşısını almaq hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır. Ona görə də hamımız fövqəladə hallara hazır olmalıyıq. O cümlədən uşaqdlar bilməlidirlər ki, fövqəladə hallarda hansı işləri görməlidirlər. Müsabiqənin keçirilməsində də məqsəd budur. Ona görə də bu sərginin böyük əhəmiyyəti var. Arzu edirəm ki, belə sərgilər məktəblərdə də keçirilsin, dərs proqramlarında buna əlavə yer verilsin ki, uşaqlar belə hallara hazırlansınlar. Uşaqlar xilasedici olsalar da, olmasalar da, fövqəladə hallarda başqalarına yardım edə bilərlər”.

K. Heydərov qeyd edib ki, Azərbaycan neft-qaz, kənd təsərrüfatı, sənaye və digər sahələrdə dinamik inkişaf edən ölkədir:

“Azərbaycan nəinki keçmiş SSRİ, postkommunist ölkələrindən də irəli gedir. Dövlət başçısının qarşısına qoyduğu vəzifə insanların təhlükəsiz şəraitdə işləməsi, həyatlarının qorunmasıdır. Fövqəladə Hallar Nazirliyi də işini bu istiqamətdə qurur. Uşaqlar da gələcəkdə bu işlərdə bizə kömək edəcəklər”. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm