Bu gün iki mərkəzi küçə bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün iki mərkəzi küçə bağlanacaq

Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, bu gün saat 22:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən həmin küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərə Üzeyir Hacıbəyov küçəsinə alternativ olaraq 28 May küçəsindən istifadə etmələri tövsiyə olunur.

İşlərin səhərə qədər başa çatacağı gözlənilir. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm