SON 10 GÜN: İrəvanda “hal” qalmadı?
Bizi izləyin

Qırmızı.az

SON 10 GÜN: İrəvanda “hal” qalmadı?

SON 10 GÜN: İrəvanda “hal” qalmadı? Qarabağın taleyi bəlli olur

Rusiya və Qərbin ittifaq-ittifaq oyunu

Astanada əsası qoyulan Avrasiya İttifaqı əslində Rusiya prezidenti Vladimir Putinin ikinci prezidentlik dövründə əsas məqsədlərindən biri idi. Bu planı həyata keçirmək üçün Putin ilk olaraq MDB ölkələrinə təklif göndərdi. Amma Gürcüstanın Rusiya ilə münasibətləri, Ukraynadakı son vəziyyət və Azərbaycanın bu ittifaqa meyilli olmaması rəsmi Moskvanı narahat edirdi.

Belarus, Ermənistan və Qazaxıstan kimi iqtisadiyyatı zəif olan ölkələrlə yola çıxmaq Putinə sərf etmir. Onsuz da Avropadan təcrid olan Rusiya iqtisadiyyatını daxili imkanları hesabına tənzimləyir. Bu ittifaqda digər ölkələri saxlamaq isə Rusiya iqtisadiyyatının tənəzzülünü qaçılmaz edəcəkdi. Ona görə daima axtarışda olan Putin əlverişli variant kimi Azərbaycan, Çin və Türkiyəni bu ittifaqa qoşmaq üçün çalışır.

Azərbaycanla strateji tərəfdaş olan Rusiya rəsmi Bakının razılığını ancaq bir yolla ala bilər Ermənistana təzyiq edərək işğal olunmuş torpaqları geri qaytarmaq. Burada isə müharibə variantı istisnadır. Çünki Qarabağda müharibənin başlanması Qərbin, xüsusilə ABŞ-ın maraqlarına ziddir. Son günlər Rusiya və Azərbaycan tərəfinin verdiyi bəyanatlar fonunda ABŞ səfirinin tez-tələsik qeyri-diplomatik bəyanatları da bunu deməyə əsas verir.

Belədə, onsuz da Rusiyadan asılı olan Ermənistana Putinin “geri çəkil” deməsi bəs edir.

Dünyanın ən güclü iqtisadiyyatına malik Çinin onsuz da ABŞ-dan "zəhləsi gedir". Belədə, Rusiyanın qazından faydalanacağına təminat alan Pekin asanlıqla bu ittifaqda təmsil oluna bilər.

Avropa Birliyindən neçə illərdir "hə" cavabı ala bilməyən rəsmi Ankara Putinin "Cənub axını" “Türkiyədən keçə bilər” bəyanatından sonra ürəklənib. Artıq Avropa Birliyini təhdid etmək üçün Ərdoğanın əlində Avrasiya İttifaqı var.

Bu 3 ölkəni çıxmaq şərtilə digər ölkələr əslində gözü çıxmış qardaşları olan Ukraynadan dərs götürüblər. Çünki Qazaxıstan və Belarusun da əhalisinin xeyli hissəsini ruslar təşkil edir. İstənilən zaman Rusiya bu kartdan istifadə edərək Astana və Minskdə vəziyyəti dəyişə bilər.

Avropa İttifaqı əvvəlcə Putin ideyasını ciddiyə almırdı. Amma son günlər baş verənlər qərbi alternativ variantlar üzərində işləməyə vadar edib. Avrasiya İttifaqına potensial namizədlər olan Gürcüstan, Moldova və Ukraynanı təhlükədən qorumaq üçün bu ölkələrin dərhal quruma üzvlüyü məsələsi aktuallaşıb.

Sadəcə, burada da Rusiyanın üstünlüyü gözə çarpır. Qazsız qalacağını göz önünə gətirən Avropa ehtiyatını əldən veməyərək, bu işləri xəlvəti yerinə yetirir.

Qərb və Rusiyanın mübarizəsində ən əlverişli vəziyyət rəsmi Bakının əlindədir. Əlimizdə olan qaz ehtiyatları Azərbaycanın manevr imkanlarını genişləndirib. İstənilən tərəfə öz şərtlərini diktə edərək münasibət qurmaq olar.

Bir neçə il əvvələ nəzər salanda Azərbaycanın Qərblə münasibətlərini daha da yaxşılaşdığını görmək olurdu. Amma, görünür, Qərbin ikili siyasəti Bakını razı salmadığından köhnə strateji tərəfdaşla yeni şərtlərlə əməkdaşlıq gücləndirilir.

Rəsmi Bakının əsas şərtinin isə Qarabağ olduğu sirr deyil. Məhz Astanada imzalanma mərasimində Ermənistanın quruma üzvlüyünün təxirə salınması da Rusiyanın jest etməsindən xəbər verir.

Ermənistanın son günlər cəbhə xəttində fəallaşması isə suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Etirazını Rusiyaya bu yolla bildirən İrəvan açıq dinə bilmədiyindən hay-küy salmaqla əslində Qərbə mesaj göndərir.

Hər şey isə yaxın 10 gün ərzində bəlli olacaq. Ermənistana verilən 15 günün artıq bir hissəsi arxada qalıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm