Azərbaycanda cinsiyyəti dəyişmək olar?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda cinsiyyəti dəyişmək olar?

Qanun insanların cinsinin əməliyyat yolu ilə dəyişdirməsinin əleyhinədir. Belə bir əməliyyatı cinsiyyət orqanında xəstəliyi olan insanlar edə bilərlər.

Publika.az-ın xəbərinə görə, bunu Plastik Cərrahiyyə Birliyinin sədri Vaqif Qələndərov jurnalistlərə açıqlamasında söyləyib.

“Bu əməliyyat yalnız hermofradit insanlarda aparıla bilər. Yəni adamın cinsiyyət orqanı ikilidirsə, onu əməliyyat yolu ilə bir cinsiyyət orqanı eləmək olar. Bu əməliyyat da xromosom testinə uyğun aparılmalıdır:

“Genetik göstəricilər uyğun olarsa, əməliyyata icazə verilir. Cinsiyyəti dəyişmək istəyə bağlı olmamalıdır”, deyə həkim əlavə edir.

Vaqif Qələndərov onu da bildirir ki, Azərbaycanda daha çox estetik əməliyyatlara maraq var. Burun əməliyyatı edənlərin isə sayı daha çoxdur. Anadangəlmə qüsurları olanlar isə daha çox dodaq və damaq yarıqları, çapıqlar, qulaq və boyun əyriliyi olanlar əməliyyatlar etdirilər.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm