Duzlu göldən meyit tapıldı
Bizi izləyin

Qırmızı.az

Duzlu göldən meyit tapıldı

Ötən gün Bakının Suraxanı rayonu ərazisindən naməlum meyit tapılıb.


Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, meyit Zığ qəsəbəsində yerləşən Duzlu gölün sahilində tapılıb.


Araşdırmalar zamanı ölən şəxsin kimliyi məlum olub. Məlum olub ki, üzərində zorakılıq əlamətləri görünməyən meyit qəsəbə sakini Nizami Xəlilova məxsusdur.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm